7 dekabr 2025. Bazar günü

Qarabağ'ın sabiq futbolçusu karyerasını bitirdi


Qarabağ'ın sabiq futbolçusu karyerasını bitirdi

"Qarabağ"ın keçmiş futbolçusu Miçel Madera karyerasını başa vurub.

Corner.az-ın məlumatına görə, bu barədə 36 yaşlı yarımmüdafiəçinin son klubu "Luakin"in rəsmi saytı xəbər yayıb.

Miçelin fiziki problemləri üzündən müqaviləsinə qarşılıqlı razılıq əsasında son qoyaraq, yaşıl meydanlarla vidalaşdığı açıqlanıb. Bildirilib ki, bu problemləri təcrübəli oyunçunun lazımi səviyyədə çıxış etməsinə imkan vermir.

Qeyd edək ki, Miçel Madera "Qarabağ"da 2015 - 2020-ci illərdə forma geyinib. O, Azərbaycan komandasında 159 oyuna 30 qol vurub.







Xəbər news