Bu gün Bakı şəhərində AFC-ASED FİGHTİNG MMA üzrə şəhid Bəhruz Əhmədovun xatirəsinə həsr olunmuş Peşəkar Turnir keçirilib.
Corner.az xəbər verir ki, turnirdə Göygöl Rayon İrəvan İdman Klubunun 6 idmançısı da öz güclərini sınayıb.
Onlardan Amin Məmmədov, Emin Əhmədov Mirdamət Hüseynov, Ramal Rzayev və Əliyev Şahin turnirin qalibi olub.Sözügedən idmançılar kubok və diplomla təltif ediliblər.
Bu münasibətlə Klub rəhbərliyi adından Klubun Gəncə şəhərində yerləşən Xudayar Universal Döyüş fillalının baş məşqçisi Baxşəli Əliyev və İrəvan İdman Klubunun Universal Döyüş bölməsinin məşqçisi Elxan Yusibovu təbrik edilib.