5 dekabr 2025. Cümə

Bir futbolçuya görə oyunu 40 milyon azarkeş izlədi


Bir futbolçuya görə oyunu 40 milyon azarkeş izlədi
İspaniya La Liqasının 22-ci turunda keçirilən “Vilyareal” – “Espanyol” matçı Çində böyük maraqla qarşılanıb.

Corner.az xəbər verir ki, Asiya ölkəsində qarşılaşmanı 40 milyon azarkeş izləyib.

Buna səbəb isə Kataloniya təmsilçisinin çinli transferi U Leydir. O, “Espanyol”a Çinin “Şanxay Telleys” klubundan transfer olunub.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan qarşılaşmanı İspaniyada televiziya vasitəsilə cəmi 177 min adam izləyib.

"Yenicag"






Xəbər news