- Xəbər news
- 22:34 14.11.2024
"Milan”ın futbolçusu Zlatan İbrahimoviçin sevgilisi Helena Seger isveçli hücumçu ilə tanışlığından danışıb.
Corner.az xəbər verir ki, o, “Corriere dello Sport”a açıqlamasında 19 ildir Zlatanla birlikdə olmasına baxmayaraq, niyə hələ də onunla evlənmədiyinin səbəbini də izah edib:
“Bir dəfə Malmödə Ferrarisini düzgün park etməmişdi. Avtobolimin qarşısını kəsmişdi. Kobudcasına dedim ki, maşını götür ordan. Həmin an məni bəyəndi. Zlatanla yaşamaq çətindir, amma etiraf edirəm ki, mənimlə də asan deyil.
Zlatanı sevdiyimi düşünürəm, çünki onunla bir çox xüsusiyyətlərimiz eynidir. Mənim də zəngin keçmişim var. Xeyli fədakarlıqlar edərək özümə bir karyera qurmuşam.
Niyə onunla hələ evlənməmişəm? Evlilik mənim müstəqillik hissimi poza bilər. Sadəcə bir futbolçunun həyat yoldaşı və ya gözəllik yarışmalarının qalibi kimi tanınmaq istəmirəm. Düşünürəm ki, insanlar nə qədər oxuduğumu, işlədiyimi və vuruşduğumu bilmir".
Qeyd edək ki, Helena ilə İbrahimoviç 2002-ci ildən birlikdədirlər. Cütlüyün iki övladı var.