- Xəbər news
- 22:34 14.11.2024
"Everton"un baş məşqçisi Karlo Ançelotti İtaliya A seriyasındakı çempionluq yarışı haqda fikirlərini bölüşüb.
Corner.az xəbər verir ki, 61 yaşlı mütəxəssis "Footbal Italia"ya açıqlamasında sabiq komandası "Milan"ın çempion olacağına ümid etdiyini deyib:
"İnter" yaxşı tempdə gedir. Ancaq ümid edirəm ki, çempion "Milan" olacaq. Qorxuram ki, dostum Antonio Konte bu fikrimlə razılaşmasın".
"İnter" 24 oyuna 56 xalla lider, "Milan" isə 25 oyuna 53 xalla 2-cidir.
Qeyd edək ki, Ançelotti 2001-2009-cu illərdə "Milan"ı çalışdırıb.(qol)