3 fevral 2026. Çərşənbə axşamı

Futbolda yeni qaydalar


Futbolda yeni qaydalar

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni qərarlar çıxarıb.

Corner.az-ın məlumatına görə, İFAB oyun vaxtı beyin silkələnməsi baş verdikdə 4-cü əvəzetmənin sınağına başlayacağını açıqlayıb. Sınaq müddəti 2022-ci ilin avqustuna qədər qüvvədədir.

Qurum həmçinin əllə oyun qaydasının da izahatlarını verib. Əllə oyun zamanı qayda pozuntusu aşağıdakılardır:

1. Topa bilərəkdən əllə toxunma - məsələn, əlin bilək hissəsi topa hərəkət etdikdə

2. Topa əllə toxunma - Bədəni irəli verməklə topa əllə toxunma. Bu zaman hesab edilir ki, futbolçu bədənini qeyri-təbii olaraq böyüdür

3. Rəqib qapısına əllə qol vurma - Rəqib qapıçı belə əllə qol vurduqda, qeydə alınmayacaq

4. Top biləyə toxunduqda (təsadüfi olsa belə)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO