- Xəbər news
- 22:34 14.11.2024
Türkiyənin tanınmış futbol şərhçisi Rıdvan Dilmen 15 illik peşəsi ilə vidalaşıb.
Corner.az-ın məlumatına görə, telejurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
58 yaşlı veteran futbolçu qərarını son vaxtlar özünə və ailəsinə qarşı böhtanlarla əlaqələndirib. Dilmen yaxın vaxtlarda məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb.
Qeyd edək ki, Rıdvan Dilmen 15 il fasiləsiz NTV telekanalında şərhçilik edib