27 oktyabr 2024. Bazar günü

Mbappe Tokio olimpiyadasında iştirak edə bilər


Mbappe Tokio olimpiyadasında iştirak edə bilər

PSJ-nin futbolçusu Kilian Mbappe millinin heyətində bu yay Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə bilər.

Corner.az-ın məlumatına görə, bu barədə Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre "Eurosport"a açıqlamasında deyib.

Funksioner məsələni müzakirə etmək üçün yaxın günlərdə 23 yaşlı hücumçu ilə görüşəcəyini bildirib. Onun sözlərinə görə, əvvəlcə gənc futbolçunun fikrini öyrənmək lazımdır.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.







Xəbər news