Gürcüstan çempionatında 2-ci turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin çıxış etdiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Dila Qori” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə üzləşib – 0:2.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 45+3-cü dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Samtrediya” 2 turdan sonra hələ xal hesabını aça bilməyib və 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.