27 oktyabr 2024. Bazar günü

Mbappe mənim varisim ola bilər


Mbappe mənim varisim ola bilər

Əfsanəvi futbolçu Pele PSJ-nin hücumçusu Mbappenin çıxışı haqda danışıb.

Corner.az xəbər verir ki, 80 yaşlı braziliyalı sabiq futbolçu bildirib:

"Mbappe mənim varisim ola bilər. Mən zarafat etmirəm. Onun sürətli oynamaq qabiliyyətində çox şey görürəm. Top ayağına gələndə ən yaxşı həlli tapmaq üçün nə edəcəyini, hara gedəcəyini, necə oynayacağını bilir. Belə şeylər bu günkü futbolda çox vacib xüsusiyyətlərdir".

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır. O, bu mövsüm Liqa 1-də 23 matça çıxaraq, 18 qol vurub və 6 qolun ötürməsini verib.







Xəbər news