- Xəbər news
- 22:34 14.11.2024
Namibiya respublikasının prezidenti Haqe Qeynbob “Liverpul”un son oyunlardakı məğlubiyyəti ilə bağlı paylaşım edib.
Corner.az xəbər verir ki, Qeynbob rəsmi “Tvitter” hesabında azarkeşi olduğu komandanın ölmək üzrə olduğunu yazıb:“Biz “Liverpul” azarkeşləri son zamanlarda artıq tək gəzirik. Təəssüf ki, “Liverpul” ölmək üzrədir və biz yetim qalırıq”.
Qeyd edək ki, “Liverpul” Premyer Liqada 8-ci sıradadır. Mersisayd təmsilçisi son 6 ev oyununda məğlub olub.