7 dekabr 2025. Bazar günü

Məşhur stadiona Pelenin adı verilə bilər


Məşhur stadiona Pelenin adı verilə bilər

Braziliyanın Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionuna əfsanəvi futbolçu Pelenin adı verilə bilər.

Corner.az-ın "O Globo"ya istinadən məlumatına görə, müvafiq qanun layihəsi ştatın qanunvericilik yığıncağında təsdiqlənib.

"Marakana" 1950-ci ildə açılıb və 1999-cu ildə bərpa olunanadək dünyanın ən iritutumlu stadionu sayılıb.

155 250 nəfər üçün nəzərdə tutulmasına baxmayaraq, DÇ-1950-də Braziliya yığmasının Uruqvaya 1:2 hesabı ilə uduzduğu final oyununu, rəsmi hesablamalara əsasən, 199 854 nəfər izləyib.

Qeyd edək ki, Pele Braziliya milli komandası ilə 3 dəfə dünya çempionu olub və FİFA tərəfindən əsrin oyunçusu seçilib.







Xəbər news