29 noyabr 2024. Cümə

Latsio'nun forvardı Qızıl buts'una qovuşdu


Latsio'nun forvardı Qızıl buts'una qovuşdu
İtaliya millisinin və “Latsio”nun hücumçusu Çiro İmmobileyə “Qızıl buts” mükafatı təqdim olunub.
 
Corner.az xəbər verir ki, 31 yaşlı hücumçu UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafatı ilk dəfə qazanıb.
 
Təcrübəli futbolçu ötən mövsüm vurduğu 36 qolla “Bavariya”nın hücumçusu Robert Levandovski (34 qol) ilə “Yuventus”un futbolçusu Kriştiano Ronaldonu (31 qol) geridə qoymağı bacarıb.
 
Çiro İmmobile 2007-ci ildən bəri “Qızıl buts”u qazanan ilk italiyalı futbolçudur. Sonuncu dəfə 13 il öncə “Roma”nın kapitanı Françesko Totti sözügedən mükafata qazanmışdı.
 
İmmobile 2016-cı ildən “Latsio”nun uğurları üçün çalışır. O, bu komandanın heyətində 200-dən çox oyuna çıxıb və 144 qola imza atıb.
 






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir