Azərbaycanın qadın futbol hakimləri beynəlxalq oyunlarda iştirak edəcək.
Corner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası FİFA referisi Yuliya Qurbanova, FİFA referi köməkçiləri Gülyana Özcan və Gülnurə Əkbərzadə dəvət göndərib.
Onlar qadınlardan ibarət milli komandalar arasında təşkil olunacaq beynəlxalq turnirin oyunlarını idarə edəcəklər.
Qeyd edək ki, turnirin matçları fevralın 25-dən martın 5-dək Antalya şəhərində keçiriləcək.