- Xəbər news
- 22:34 14.11.2024
Əslən azərbaycanlı hücumçu Anatoli Nuriyev Ukraynanın "Minay" klubunda fevral ayının ən yaxşı futbolçusu seçilib.
Corner.az-ın məlumatına görə, 25 yaşlı hücumçu klubun rəsmi teleqram kanalında azarkeşlər arasındakı səsvermədə birinci olub.
Nuriyev komanda yoldaşları Anton Şinder və Ripo Malepeni qabaqlayıb. Forvard ardıcıl 4-cü dəfə ayın futbolçusu nominasiyasında qalib adını qazanıb.
Qeyd edək ki, Anatoli Nuriyev və onun komanda yoldaşı Rüstəm Əhmədzadə Azərbaycan millisinə namizəd oyunçulardır. Nuriyev vətəndaşlıq almaq üçün bu yaxınlarda Bakıya gələrək müvafiq sənədlərə qol çəkib.