29 noyabr 2024. Cümə

Blatter evə buraxıldı


Blatter evə buraxıldı

FİFA-nın sabiq prezidenti Yozef Blatter xəstəxanadan evə buraxılıb.

Corner.az xəbər verir ki, bu barədə FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov məlumat yayıb. O, Blatterin özünü yaxşı hiss etdiyini və hazırda evdə olduğunu bildirib.

Blatter ötən ilin sonunda ürəyindən əməliyyat olunmuşdu. 84 yaşlı sabiq funksioner bu ilin yanvar ayında vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Blatter 1998-2015-ci illərdə FİFA-ya rəhbərlik edib







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir