- Xəbər news
- 22:34 14.11.2024
Qətər millisi 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə oyunları üçün heyətini açıqlayıb.
Corner.az xəbər verir ki, baş məşqçisi Feliks Sançes Lüksemburq, Azərbaycan və İrlandiya ilə matçlara 28 futbolçu çağırıb.
Qapıçılar: Saad Əl-Şib, Meşal Barşam (hər ikisi "Əl Sədd"), Mahmud Abunada ("Əl Arabi"), Salah Zakaria ("Əl-Duhail")
Müdafiəçilər: Pedro Migel, Abdelkarim Hassan, Tarek Salman, Ahmed Suhail, Musab Xeder, Salem Əl-Hacri (hamısı "Əl Sədd"), Bassam Əl-Ravi ("Əl-Duhail"),Tamim Əl-Muhaza, Homam Ahmed (hər ikisi "Əl-Qarafa")
Yarımmüdafiəçilər: Bualem Xuxi, Məhəmməd Vaad (hər ikisi "Əl Sədd"), Assim Madibo, Karim Budiaf, İsmayıl Məhəmməd, Abdulla Əl Ahrak (hamısı "Əl-Duhail"), Ahmed Fathi ("Piramidz", Misir), Abdulaziz Hatem ("Əl-Rayyan"), Xalid Munir ("Əl-Bakra"),
Hücumçular: Hassan al-Haydos, Yusuf Abdurisag (hər ikisi "Əl Sədd"), Məhəmməd Muntari, Almoez Əli ("Əl-Duhail"), Moayad Hasan, Ahmed Alaeldin ("Əl-Qarafa")
Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.
Komanda martın 24-də Lüksemburq, martın 27-də Azərbaycan, martın 30-da isə İrlandiya seçməsi ilə üz-üzə gələcək. Oyunlar Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda olacaq.