3 fevral 2026. Çərşənbə axşamı

Düşünürəm ki, Messi Barselona'da karyerasına davam edəcək


Düşünürəm ki, Messi Barselona'da karyerasına davam edəcək

“İnter” klubunun vitse-prezidenti Xavyer Zanetti açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı funksioner, “Barselona”nın kapitanı Lionel Messini transfer etməyi düşünmədiklərini deyib:

“İnter” Messi ilə müqavilə imzalamaq istəyir? Bunu deyə bilmərik. O, “Barselona”nın futbolçusudur və bütün karyerasını orda keçirib. Düşünürəm ki, Messi “Barselona”da karyerasına davam edəcək. Ulduz futbolçuların A Seriyasına gəlməsi yaxşıdır. Kriştiano Ronaldonun “Yuventus”a gəlməsi çempionatın inkişafına təsir etdi.

Baş məşqçimiz Antonio Konte komandanı inkişaf etdirmək üçün yaxşı işlər görür. Hazırda A Seriyasında liderik və futbolçular bütün təriflərə layiqdirlər”.

“İnter” A Seriyasında 62 xalla liderdir.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO