3 fevral 2026. Çərşənbə axşamı

Tanınmış futbolçu zavodda işə başladı


Tanınmış futbolçu zavodda işə başladı

 "Yuventus"un sabiq futbolçusu Ştefan Lixtştayner karyerasını bitirdikdən sonra Sürixdəki saat zavodunda təcrübəçi kimi işə başlayıb.

Corner.az-ın məlumatına görə, bu barədə veteran müdafiəçi "20 Minuten" nəşrinə müsahibəsində deyib.

37 yaşlı sabiq futbolçu bildirib ki, bu iş hər zaman onun xoşuna gəlib: "Ona görə də saatların necə işlədiyini, onları söküb-yığmağı öyrənmək qərarına gəldim. Ümid edirəm ki, çox şey öyrənəcəyəm. Bilirsiniz ki, İsveçrədə bu sahə üzrə səviyyə çox yüksəkdir".

Qeyd edək ki, isveçrəli futbolçu ötən yay futbolla vidalaşıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO