29 noyabr 2024. Cümə

Münasibətlərimiz onun şəklimə baxması ilə başladı


Münasibətlərimiz onun şəklimə baxması ilə başladı

Müğənni Eypril Ayvi “Mançester Siti”nin müdafiəçisi Ruben Diasla münasibətləri haqda danışıb.

Corner.az xəbər verir ki, 21 yaşlı müğənni RFM radiosuna portuqaliyalı futbolçu ilə necə tanış olması barədə danışarkən bunları deyib.

“Bir tədbirdə idim. Həmin tədbirdə Rubenin qardaşı da iştirak edirdi. O, məndən Diasa şəkil göndərməyimi xahiş etdi. Münasibətlərimiz onun dərhal şəklimə baxması ilə başladı” – deyə, müğənni bildirib.

O, futbolçu ilə bir-birinə verdikləri ləqəblərdən də söz açıb: “Ruben mənə “Peddi” deyə müraciət edir. Çünki mən “Paddington” cizgi filmlərini çox sevirəm. Mən isə ona “Rubs” deyirəm. Çünki rəqs etməyi çox sevir”.

Ayvi, iki ildən çoxdu  birgə olduğu Diasla münasibətlərində qısqanclığa yer olmadığını dilə gətirib: “Bu baxımdan çox sakitəm. İkimiz də bir-birimizə çox güvənirik. Belə olmasaydı, çox uzağa gedə bilməzdik. Ana olmaq istəyirəm, amma yaxın gələcəkdə yox. Karyeramız hələ qarşıdadır. Amma uşaq sahibi olmaq planlarımız da var”. (matc)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir