- Xəbər news
- 22:34 14.11.2024
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç yenidən İsveç millisinə dəvət almasına münasibət bildirib.
Corner.az-ın məlumatına görə, 39 yaşlı hücumçu bununla bağlı sosial hesabında paylaşım edib.
Təcrübəli futbolçu yığmaya dönüşünü "Tanrının qayıdışı" kimi şərh edib.
Qeyd edək ki, Zlatan İbrahimoviç sonuncu dəfə 2016-cı ildə milliyə çağırılıb. İsveç yığması DÇ-2022-nin seçmə mərhələsində martın 25-də Gürcüstan, martın 28-də Kosovo və martın 31-də Estoniya ilə qarşılaşacaq.