- Xəbər news
- 22:34 14.11.2024
"Liverpul" klubu ilə "RedBird Capital Partners" şirkəti arasında müqavilə bağlanılıb.
Corner.az-ın "The Mirror"a istinadən məlumatına görə, basketbolçu Lebron Ceymslə çalışan şirkət anlaşma qarşılığında kluba 626 milyon avro ödəyəcək.
Ceyms 2011-ci ildən "Liverpul"da 2 faizlik paya sahibdir. Lakin indi o, klubun sahibi "Fenway Sports Group" (FSG) şirkətində mühüm rol oynayacaq. Basketbolçu ABŞ-ın "Boston Red Soks" beysbol komandasının və FSG-nin digər törəmə şirkətlərinin sahiblərindən biri olacaq.
Qeyd edək ki, son 4 ildə "Liverpul" Çempionlar Liqasının (2019), İngiltərə Premyer Liqasının (2020), klublararası dünya çempionatının (2020) və UEFA Super Kubokunun (2019) qalibi olub. 36 yaşlı Lebron Ceyms isə 4 qat NBA çempionu (2 dəfə "Mayami"də, hərəyə 1 dəfə "Klivlend" və "Leykers"də) və ikiqat olimpiya çempionu (2008, 2012) olub.(report)