- Xəbər news
- 22:34 14.11.2024
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada son 10 ilin 10 ən yaxşı komandalarının adlarını açıqlayıb.
Corner.az-ın məlumatına görə, araşdırma 2011 - 2020-ci illəri əhatə edib.
Siyahının ilk pilləsində 2877 xalla "Barselona" qərarlaşıb. Ölkənin digər klubu "Real Madrid" 2782 xalla ikinci olub. İlk "3-lüy"ü 2594,5 xalla "Bavariya" olub.
Növbəti sıralarda PSJ (2354), "Atletiko" (Madrid) klubu (2302), "Yuventus" (2272) yer alıb.
Son "4-lük"də isə İngiltərə klublarıdır. "Çelsi" 2113 xalla 7-ci, eyni xala malik "Mançester Siti" 8-ci, 2020 xalı olan "Mançester Yunayted" 9-cu, 2016 xalı olan "Arsenal" 10-cudur.