27 oktyabr 2024. Bazar günü

Neftçi'nin yeni transferi səfir ola bilər


Neftçi'nin yeni transferi səfir ola bilər

"Neftçi"nin yeni transferi Keysuke Honda yenidən Braziliyanın "Botafoqo" klubu ilə əməkdaşlıq üçün vasitələr axtarır.

Corner.az-ın məlumatına görə, bu barədə Rio-de-Janeyro təmsilçisinin prezidenti Dursesio Mello "Lance" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 34 yaşlı yaponiyalı yarımmüdafiəçi 2020-ci ilin dekabrında müqaviləsinin ləğvi barədə kluba müraciət edib: "Hondanın gəlişi rəhbərliyim dövrümə təsadüf etməmişdi. Əvvəlki prezident Nelson Mufarreс mənə qərar verməli olduğumu söylədi. Mən Keysukeni buraxdım və bununla böyük qənaət etdik. Çünki onun ikinci dərəcəli zədəsi olduğundan 2021-ci ilin ilk iki ayında meydana çıxması gözlənilmirdi".

Mello bildirib ki, komandadan ayrılmasına baxmayaraq, Honda hələ də, "Botafoqo" ilə təmaslarını davam etdirir: "O, fevralda azarkeşlərin mədəni proqramlara qatılmaları üçün nəzərdə tutulan 50 ədəd VİP-paket alıb. Honda "Botafoqo"nun Yaponiyadakı səfiri də olmaq istəyir. O, Braziliya klubunun "gündoğar ölkə"də yoldaşlıq görüşləri keçirməsini təklif edib. Hazırda bu təklif nəzərdən keçirilir".

Mello Hondanın artıq "Botafoqo"da sahibkar-tərəfdaşa çevrildiyini də söyləyib: "O, çox ciddi insandır. Mənim Keysukeyə böyük hörmətim var. Hərdən danışırıq, onun klubumuza necə bağlı olduğunu görürük".

Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə müqavilə imzalayıb. O, mövsümün sonuna kimi "ağ-qaralar"ın formasını geyinəcək.(report)







Xəbər news