27 oktyabr 2024. Bazar günü

Operativ Qərargah millimizin toplanışına icazə verdi


Operativ Qərargah millimizin toplanışına icazə verdi

Futzal üzrə Azərbaycan millisi ölkədə tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq, Avropa çempionatının seçmə qrup mərhələsinin Slovakiya və Yunanıstanla oyunlarına hazırlaşa biləcək.

Bu barədə Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov Corner.az-a məlumat verib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah milli komandanın zalda məşq etməsinə icazə verib.

Qeyd edək ki, Joze Alesio Da Silvanın komandası aprelin 8-də səfərdə Slovakiya, 6 gün sonra isə Bakıda Yunanıstanla qarşılaşacaq.







Xəbər news