24 mart 2026. Çərşənbə axşamı

Ronaldo və Messi'yə çatmağıma hələ çox var - Haland


Ronaldo və Messi'yə çatmağıma hələ çox var - Haland

“Borussiya Dortmund”un hücumçusu Erlinq Haland açıqlama verib.

Corner.az “goal.com”a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu, Kriştiano Ronaldo (“Yuventus”) və Lionel Messi (“Barselona”) ilə müqayisə olunmasına münasibət bildirib:

“Jurnalistlər bu barədə yazırlar, lakin mən diqqətimi buna vermirəm. Hər gün üzərimdə çalışıb, artırmaq istəyirəm. Ronaldo və Messi haqda danışmağa ehtiyac yoxdur. Onlar tarixin ən yaxşı futbolçularıdır. Ronaldo və Messiyə çatmağıma hələ çox var”.

Qeyd edək ki, norveçli futbolçu bu mövsüm “Borussiya” ilə 31 oyunda 33 qol vurub.







Xəbər news