7 dekabr 2025. Bazar günü

Haland yoxsa Mbappe ? - Suares seçimini etdi


Haland yoxsa Mbappe ? - Suares seçimini etdi

“Atletiko”nun hücumçusu Luis Suares norveçli futbolçu Erlinq Halandı tərifləyib.

Corner.az xəbər verir ki, “Marca” nəşrinə danışan Suares, Halandın möhtəşəm futbolçu olduğunu deyib:

“O, möhtəşəm oyunçudur və fiziki gücü inanılmazdır. Dünyadakı ən yaxşı “9 nömrə”lərdən biridir və bir dövrə öz damğasını vuracaq. Haland, yoxsa Kilian Mbappe? Mən bir az Halanddan yanayam, lakin Mbappe də inanılmaz bir səviyyəyə yüksəlib”.

Qeyd edək ki, Haland bu mövsüm “Borussiya” (Dortmund) ilə 31 oyunda 33, Mbappe isə PSJ-də 36 oyunda 30 qol vurub.







Xəbər news