- Xəbər news
- 22:34 14.11.2024
“Neftçi”nin sabiq futbolçusu Xose Luis Kabion müsahibə verib.
Corner.az xəbər verir ki, Çili mətbuatına danışan 37 yaşlı yarımmüdafiəçi, “Neftçi”də çıxış etdiyi vaxtlardan da söz açıb:
“Azərbaycan təklifi bir menecer vasitəsilə verildi və mən də bu ölkəyə yollandım. Mənim üçün pis deyildi. Komanda yaxşı çıxış etdi. “Neftçi”də həm də yaxşı təcrübə qazandım. Bu komanda ilə ölkə kubokunu və Premyer Liqanı qazandım.
Məşq zamanı tərcüməçi vasitəsilə komanda yoldaşlarımla əlaqə saxlayırdım. Meydanda isə ancaq işarələrlə danışırdıq və heç bir problem yox idi”.
2013-cü ilin yanvarından mayına qədər “Neftçi”də çıxış edən Kabion, “ağ-qaralar”la cəmi bir oyuna çıxıb. Yarımmüdafiəçi hazırda Çilinin “Deportes Melipilla” klubunda çıxış edir.