7 dekabr 2025. Bazar günü

Rüfət Dadaşovdan ABŞ-da yeni mövsümün ilk qolu


Rüfət Dadaşovdan ABŞ-da yeni mövsümün ilk qolu
ABŞ-ın “Finiks Rayzinq” klubu yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
 
Corner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi komanda ABŞ-ın digər təmsilçisi “Yunion Omaha” ilə qarşılaşıb.
 
Üç qolun qeydə alındığı oyun “Finiks Rayzinq”in məğlubiyyəti ilə yekunlaşıb – 1:3.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxsa da, ikinci hissənin ortalarında əvəzlənib.
 
Komandasının yeganə qolunu da Dadaşov vurub. O, 33-cü dəqiqədə fərqlənməklə oyunda hesabı açıb.






Xəbər news