7 dekabr 2025. Bazar günü

İbrahimoviç özünü İsveçin kralı adlandırdı


İbrahimoviç özünü İsveçin kralı adlandırdı

5 ildən sonra İsveç millisinə qayıdan Zlatan İbrahimoviç DÇ-2022-nin seçmə mərhələsində Gürcüstana qarşı keçirilən matçda iştirak edib.

Corner.az xəbər verir ki, görüş İsveçin minimal hesablı qələbəsiylə yekunlaşıb – 1:0. İbrahimoviç sözügedən qarşılaşmada məhsuldar ötürmə ilə yadda qalıb.

39 yaşlı hücumçu oyundan sonra “İnstagram” hesabında şəklini paylaşaraq, özünü İsveçin yeni kralı adlandırıb. İbrahimoviç paylaşımında - “Karl 17-ci Qustav” deyə yazıb.

Qeyd edək ki, İsveçin hazırkı kralı 16-cı Karl Qustavdır. O, 1973-cü ildən bu vəzifəni tutur.







Xəbər news