28 noyabr 2024. Cümə axşamı

Neftçi'nin futbolçusu Milan'a keçidindən danışdı


Neftçi'nin futbolçusu Milan'a keçidindən danışdı

"Milan klubundan zəng gələndə bir saniyə belə çəkinmədim. Bir neçə il əvvəl "Latsio"ya keçməyə yaxın idim, lakin ÇSKA bu təklifi rədd etdi".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "La Gazzetta dello Sport"a müsahibəsində İtaliyanın "Milan" klubuna keçidi barədə danışarkan deyib.

34 yaşlı yarımmüdafiəçi xəyallarını gerçəkləşdirdiyi üçün sabiq vitse-prezident Adriano Qallianiyə təşəkkür edib.

2014 - 2017-ci illərdə Milan təmsilçisinin formasını geyinən yaponiyalı oyunçu həmin dönəmdə klubda problemlərin çox olduğunu diqqətə çatdırıb: "Milan"ın ən yaxşı futbolçuları almaq üçün pulu yox idi. "Normal" oyunçular bu klubun formasını geyinə bildi. Strategiya yox idi, çünki 3 aydan bir yeni baş məşqçi gəlirdi. Belə vəziyyətdə nəticələr qazanmaq mümkün deyil".

Honda Alessio Romanyoli və Mario Balotellinin həmin vaxt istənilən səviyyədə çıxış etmədiyini sözlərinə əlavə edib:

Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir