- Xəbər news
- 22:34 14.11.2024
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyununda yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarılıb.
Corner.az "Tuttomercatoweb" nəşrinə istinadən xəbər verir ki, sarğı xeyriyyə məqsədi ilə satılacaq.
Qeyd edək ki, Ronaldo 2:2 hesablı heç-heçə ilə başa çatan matçda sarğını yerə tullayıb. 36 yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb. Onun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli "davam" qərarı verib. Referinin qərarından qəzəblənən Ronaldo sarı vərəqə ilə cəzalandıqdan sonra kapitan sarğısını yerə atıb.