29 may 2026. Cümə

Salanın ölüm səbəbi açıqlandı


Salanın ölüm səbəbi açıqlandı

Təyyarə qəzasında  dünyasını dəyişən Cardiff'in futbolçusu Emiliano Salanın ölüm səbəbi məlum olub. 

Corner.az xəbər verir ki, argentinalı hücumçu baş və bədənindən aldığı  xəsarətlər nəticəsində ölüb.Salanın cəsədi La Mans boğazının dibindəki təyyarə qırıntısından tapılıb. Onun kimliyi barmaq izlərinə əsasən, müəyyənləşdirilib.Böyük Britaniyada Qəza Tədqiqat Komissiyası 6-12 ay ərzində qəzanın yekun hesabatını açıqlayacaq. Qısa bir hesabat isə iki həftə ərzində təqdim olunacaq.

Xatırladaq ki, Sala yanvarın 19-u Nantes'dən Cardiff'ə 17 milyon avroya transfer olunub. O, yanvarın 22-i Fransadan Cardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.  Sonradan axtarış qrupu təyyarəni La Mans boğazından tapıb.(qol.az)







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı