- Xəbər news
- 22:34 14.11.2024
Braziliyanın "Botafoqo Paraiba" klubunun futbolçusu Kayo regional xarakterli Nordeste Kubokunda "Treze" ilə səfər oyununun 9-cu saniyəsində qırmızı vərəqə alıb.
Corner.az-ın məlumatına görə, matça meydanın mərkəzindən başlanıldıqdan sonra qonaq komandanın oyunçusu topu ona göndərib. Kayo topu ayağını yuxarı qaldıraraq qəbul etmək istədikdə rəqibini başından vurub. Nəticədə o, meydandan qovulub.
Zərərçəkən isə görüşü davam etdirə bilib.(report)