Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2021-ci ilin ən məhsuldar futbolçularının siyahısını tərtib edib.
Corner.az xəbər verir ki, siyahıda 34 oyunçu yer alıb. Aktivində 18 qol olan "Bavariya"nın hücumçusu Robert Levandovski siyahına başçılıq edir.
"Barselona"nın kapitanı Lionel Messi 16 qolla 2-ci, Tardeli Reis ("Samut Prakan", Tailand) isə 15 qolla 3-cü pillədə qərarlaşıb.
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo 11 qolla 17-ci yerdədir.
Qeyd edək ki, siyahıya milli və beynəlxalq səviyyəli turnirlərdə ən azı 10 qol vuranlar daxil edilib.