Gürcüstan çempionatında 6-cı turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Samqurali”nin qonağı olub. Futbolçumuzun komandası bu oyundan minimal hesablı qələbə ilə ayrılıb - 1:0.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 86-cı dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, bu, “Samtrediya”nın cari mövsümdək ilk qələbəsidir