3 fevral 2026. Çərşənbə axşamı

Həbib tarixin ən yaxşı futbolçusunu açıqladı - VİDEO


Həbib tarixin ən yaxşı futbolçusunu açıqladı - VİDEO

Rusiyanın MMA döyüşçüsü Həbib Nurməhəmmədov "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu tarixin ən yaxşı futbolçusu adlandırıb.

Corner.az-ın məlumatına görə, dağıstanlı idmançı "UFC Russia" yutub kanalına müsahibəsində portuqaliyalı hücumçunun daim sabit çıxış etdiyini bildirib.

Nurməhəmmədovun sözlərinə görə, 36 yaşlı forvard 16 ildir zirvədədir: "Bu insan hələ 2004-cü ildə Avropa çempionatının finalında Yunanıstana uduzan Portuqaliya millisinin heyətində idi. O vaxtdan bugünədək bombardirlər siyahısında liderdir. 16 ildir eyni səviyyədə çıxış edir".

Qeyd edək ki, Kriştiano Ronaldo ilə Həbib Nurməhəmmədov yaxın dostdur.(report)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO