27 oktyabr 2024. Bazar günü

Ronaldodan Fatiyə dəstək


Ronaldodan Fatiyə dəstək

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo "Barselona"nın futbolçusu, travmaya görə mövsümün qalan hissəsində iştirakı sual altında olan Ansu Fatiyə dəstək verib.

Corner.az xəbər verir ki, 36 yaşlı hücumçu bu barədə özünün "İnstaqram" hesabında paylaşım edib.

"Gəl, sən tezliklə qayıdacaqsan. İrəli", - deyə portuqaliyalı futbolçu yazıb.

Fati ötən ilin noyabrında "Betis"lə matçda travma alıb, sonra əməliyyat edilib. Proqnozlara görə o, Çempionlar Liqasının 1/8 finalının "Pari Sen-Jermen"ə qarşı cavab matçında(1:1) sıraya qayıtmalı idi, ancaq bərpası ləngiyib. Bildirilir ki, futbolçu daha bir əməliyyat keçirə bilər.







Xəbər news