27 oktyabr 2024. Bazar günü

Vüqar Bəybalayevdən uğurlu debüt


Vüqar Bəybalayevdən uğurlu debüt

Futbol üzrə Gürcüstan çempionatında 6-cı turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Saburtalo”nun qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Vüqar da bu görüşün iştirakçısı olub. 27 yaşlı futbolçu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Bu, azərbaycanlı futbolçunun Gürcüstan klubundakı debüt qarşılaşması olub.

Qeyd edək ki, “Telavi” cari mövsümdə keçirdiyi 6 oyunda 6 xal toplayıb və 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.







Xəbər news