27 oktyabr 2024. Bazar günü

Türk filmində oynamaq istəyərəm - Ukraynalı futbolçunun xanımı


Türk filmində oynamaq istəyərəm - Ukraynalı futbolçunun xanımı

 “Rizəspor”un futbolçusu Nikolay Morozyukun həyat yoldaşı İrina Morozyuk Türkiyə mətbuatına maraqlı açıqlama verib.

Corner.az xəbər verir ki,  İrina, yerli filmlərə çəkilmək istədiyini bildirib:

“Rizəspor”un oyunlarının son dəqiqələri çox həyəcanlı keçir. Öz sağlamlığımı düşündüyüm üçün həyat yoldaşımın oyunlarının son dəqiqələrinə baxmıram. Çox gərgin matçlar olduğu üçün belə edirəm.

Ukraynada bir həvəskar klubda prezidentəm. İndi koronavirus pandemiyasına görə işlərimizə fasilə vermişik. Türkiyədən mənə hansısa filmdə oynamaq üçün təklif gəlməyib. Lakin alınsa, türk filmində oynamaq istəyərəm”.

Qeyd edək ki, Nikolay Morozyuk 2019-cu ildən “Rizəspor”un uğurları üçün çalışır.











Xəbər news