27 oktyabr 2024. Bazar günü

Qədirzadə oynadı, komandası 1 xal qazandı


Qədirzadə oynadı, komandası 1 xal qazandı
Futbol üzrə Gürcüstan çempionatında 7-ci turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Kutaisi “Torpedo”su ilə üz-üzə gəlib. 21 yaşlı müdafiəçimizin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
İbrahim də bu görüşün iştirakçısı olub. Futbolçumuz 90+2-ci dəqiqədə meydana buraxılıb.
 
“Samtrediya” 7 oyuna topladığı 4 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.






Xəbər news