- Xəbər news
- 21:58 14.03.2026
Xavinin hazırda baş məşqçi kimi çalışdığı "Əl-Sədd" klubu Qətər çempionatını məğlubiyyətsiz başa vurub.
Corner.az-ın məlumatına görə, Doha təmsilçisi qızıl medalları hələ liqanın bitiminə bir ay və ya 4 tur qalmış təmin edib. Bundan sonra da məğlub olmayan "Əl-Sədd" sonuncu turda "Qətər"ə darmadağınla qalib gəlib- 3:0.
Paytaxt komandası 22 oyunundan 19-da qələbə qazanıb, hamıdan çox qol vurub və hamıdan az buraxıb - 77:14.
Çempionatdakı qalibiyyət Xavi üçün "Əl-Sədd"in baş məşqçisi kimi dördüncü titul olub. Bunadək sabiq yarımmüdafiəçi iki dəfə Qətərin Vəliəhd Şahzadə Kubokunu və bir dəfə Şeyx Yassim Kubokunu qazanıb.
Qeyd edək ki, Xavi yetirməsi olduğu "Barselona"nın formasını 1998 - 2015-ci illərdə geyinib