28 noyabr 2024. Cümə axşamı

Avroliqa matçına damğa vuran çılpaq kişi'nin maraqlı həyat hekayəsi - FOTOLAR


Avroliqa matçına damğa vuran çılpaq kişi'nin maraqlı həyat hekayəsi - FOTOLAR

Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində İspaniyada keçirilən “Qranada” – “Mançester Yunayted” matçında (0:2) meydana daxil olan çılpaq kişi ilə bağlı maraqlı həyat hekayəsi ortaya çıxıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Olmo Qarsiya adlı şəxs Qranada şəhərində çılpaqlığı ilə tanınır. O, son bir neçə ayda şəhərin müxtəlif yerlərində çılpaq gəzdiyi üçün 15 dəfə saxlanılıb. 37 yaşlı Qarsiya Bəhreyn, Ekvador və ABŞ-a səyahətlərindən sonra artıq fərqli yaşam tərzini mənimsəyib.


Olmo, daha əvvəl verdiyi açıqlamaların birində çılpaq gəzməsinin səbəbini belə ifadə etmişdi:

“Daha yaxşı bir insan olmaq üçün! Çılpaq olmağın psixoloji faydaları var. Çılpaqlıq hər şeyə qarşı daha səmimi olduğunuzu göstərməyinizin bir yoludur. Kimisə narahat etmirəm və bunun cəmiyyət üçün yaxşı olduğunu düşünürəm”.

İspaniya mətbuatı, Olmonun “Qranada” – “Mançester Yunayted” matçından 14 saat əvvəl stadiona daxil olaraq, orada gizləndiyini yazıb.

Olmo Qarsiya əslində bir iş adamıdır. O, 2004-cü ildən idmançılar üçün qida və protein satışı edən bir firmanın sahibidir.

 






Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir