- Xəbər news
- 22:34 14.11.2024
Avstriyanın "Austriya" klubu 2021/2022 mövsümündə Bundesliqada iştirak etmək üçün lisenziya ala bilməyib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qərar Vyana təmsilçisi maliyyə meyarlarını yerinə yetirə bilmədiyi üçün qəbul olunub.
"Austriya"nın apellyasiya şikayəti vermək üçün aprelin 21-dək vaxtı var.
Qeyd edək ki, 1910-cu ildə əsası qoyulan klub 24 qat Avstriya çempionudur. Paytaxt təmsilçisi 27 dəfə ölkə kubokunun, 6 dəfə isə Superkubokun qalibi olub.