3 fevral 2026. Çərşənbə axşamı

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi


Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

İngiltərə millisinin sabiq üzvü Co Koul peşəkar karyerasını bərpa edib.

Corner.az xəbər verir ki, bu barədə veteran yarımmüdafiəçi özünün instaqram səhifəsində məlumat paylaşıb.

O, hazırda ölkəsinin səviyyəcə XI divizionunda çıxış edən "Belston" klubu ilə anlaşdığını yazıb. 40 yaşlı futbolçu yeni komandasında "Herfild Yunayted"ə 2:1 hesabı ilə qalib gəldikləri matçda debüt edb.

Futbola qayıdışı ilə bağlı təəssüratlarını bölüşən Koul yenidən meydana çıxmaq üçün səbirsizləndiyini bildirib.

Qeyd edək ki, 2018-ci ildə peşəkar karyerasını başa vuran Co Koul  "Çelsi" və "Liverpul" kimi klubların şərəfini qoruyub.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO