29 noyabr 2024. Cümə

İbrahimoviç futboldan kənarlaşdırıla bilər


İbrahimoviç futboldan kənarlaşdırıla bilər

 "Milan"ın futbolçusu Zlatan İbrahimoviç mərc oyunları biznesində iştirakına görə cəzalana bilər.

Corner.az "Aftonbladet" nəşrinə istinadən xəbər verir ki, isveçli hücumçunu 3 illik diskvalifikasiya cəzası və 100 000 avro məbləğində cərimə gözləyir.

39 yaşlı futbolçu 2018-ci ildən özünə məxsus "Unknown AB" şirkəti vasitəsilə "Bethard" bukmeyker kontorunun səhmlərinin 10 faizinə yiyələnib. Məlumat şirkət tərəfindən də təsdiqlənib.

FIFA və UEFA-nın reqlamentinə görə, mərc oyunları ilə əlaqəsi olan futbolçular bu iki qurumun bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməz. İbrahimoviç isə "Milan"la Avropa Liqasında, yığmanın heyətində isə DÇ-2022-nin seçmə mərhələsində oynamaqla əsasnaməni pozub.

Təcrübəli oyunçunun günahı sübuta yeitirilsə, futbolla bağlı fəaliyyətinə 3 illik qadağa qoyulacaq.

Qeyd edək ki, "Bethard" mərc oyunları şirkəti Maltada qeydiyyatdan keçib. Bukmeyker kontoru 2019-cu ildə 30 milyon avro xalis mənfəət əldə edib.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir