27 oktyabr 2024. Bazar günü

Rafael Ağayev Neymar və Lebron Ceymslə bir siyahıda


Rafael Ağayev Neymar və Lebron Ceymslə bir siyahıda

Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında iştirak edəcək ulduzların adları açıqlanıb.

Corner.az-ın məlumatına görə, "Globoesporte" nəşri olimpiadanın startına 100 gün qalmış, müxtəlif idman növləri üzrə 100 ən yaxşı idmançının siyahısını tərtib edib.

Siyahıya Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev də düşüb. Ağayev bu idman növündə yer alan yeganə karateçi olub.

"100-lük"də Braziliya millisinin və Fransa PSJ-nin ulduz futbolçusu Neymar, məşhur tennisçilər - ispaniyalı Rafael Nadal, serbiyalı Novak Cokoviç və isveçrəli Rocer Federer, ABŞ təmsilçisi Serena Uilyams, basketbolçular Lebron Ceyms və Stefen Karri kimi digər tanınmış simalar da var.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə







Xəbər news