27 oktyabr 2024. Bazar günü

Luka Toni Ronaldonu tənqid etdi


Luka Toni Ronaldonu tənqid etdi

İtaliya millisinin sabiq futbolçusu Luka Toni "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu tənqid edib.

Corner.az-ın məlumatına görə, veteran hücumçu A Seriyasının 30-cu turunun "Cenoa" ilə oyunundan (3:1) sonra formasını yerə atan 36 yaşlı hücumçunun hərəkətini qınayıb.

43 yaşlı sabiq futbolçu bildirib ki, Ronaldo kimi dahi oyunçu digərlərinə nümunə olmalıdır: "Ronaldo "Yuventus" üçün vacib futbolçudur. Amma kluba qarşı hərəkəti xoş deyil. Öz oynadığım vaxtı xatırlayıram. Mən də çox eqoist oyunçu idim. Amma qol vura bilməyəndə qələbəni komanda yoldaşlarımla birlikdə qeyd etmək üçün meydanda qalırdım. Böyük çempion digərlərinə nümunə olmalıdır".

Qeyd edək ki, Kriştiano Ronaldo cari mövsüm A Seriyasında meydana çıxdığı 27 oyunda 25 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Xəbər news