- Xəbər news
- 22:34 14.11.2024
UEFA Rusiyanın FIFA dərəcəli hakimi Sergey Lapoçkini cəzalandırıb.
Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı referi 90 gün müddətinə futboldan kənarlaşdırılıb.
2018-ci ildə Avropa Liqasının II təsnifat mərhələsinin "Ventspils" (Latviya) - "Bordo" (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.
Nəticədə qitə futbol qurumu məsələ ilə bağlı araşdırmalara başlayıb.