- Xəbər news
- 22:34 14.11.2024
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avopa çempionatlarında qızıl medal qazanmış ən yaşlı oyunçunun adını açıqlayıb.
Corner.az-ın məlumatına görə, rekord Portuqaliya yığmasının sabiq müdafiəçisi Rikardo Karvalyoya məxsusdur.
42 yaşlı keçmiş futbolçu 2016-cı ildə 38 yaş 53 günündə qitə çempionu adını qazanıb. Fransalı Bernar Lama (2000-ci il, 37 yaş 86 gün) ikinci, niderlandlı Arnold Müren isə (1988-ci il, 37 yaş 54 gün) üçüncü olub.
İndiyədək 33 və ya daha yuxarı yaşa malik 11 futbolçu çempion heyətdə yer alıb.
Avropa çempionatlarında debüt edən ən gənc futbolçu isə niderlandlı Yetro Villemsdir. "Nyukasl"da çıxış edən 27 yaşlı müdafiəçi 2012-ci ildə 18 yaş 71-ci günündə meydana çıxıb.